Modern.az

Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim etdi

Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim etdi

Aktual

8 Fevral 2026, 13:50

Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Eldar Səlimov etimadnaməsini bu ölkənin Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.

 

Modern.az xəbər verir ki, səfir bu barədə "X"dəki hesabında yazıb.

 

"Bu gün etimadnaməmi İraq Respublikasının Prezidenti cənab Əbdüllətif Camal Rəşidə təqdim etməkdən şərəf duydum. Görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olundu", - səfir yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı