Modern.az

“Neftçi” “Qarabağ”ın azarkeşlərini oyuna buraxmadı

“Neftçi” “Qarabağ”ın azarkeşlərini oyuna buraxmadı

İdman

8 Fevral 2026, 18:02

Bu gün “Neftçi” və “Qarabağ” komandalarının əvəzedici heyətləri arasında oyun keçirilib.

 

Modern.az xəbər verir ki, “Neftçi”nin 2:0 qələbəsi ilə başa çatan matça “Qarabağ”ın azarkeşləri buraxılmayıb.

 

Onların matça buraxılmamasının səbəbi bəlli deyil.

 

Amma sosial şəbəkələrdə yazılanlara görə, dünən komandaların U-17 heyətləri arasında matç keçirilib. Həmin oyunda “Qarabağ” azarkeşləri komandalarına böyük dəstək göstəriblər. Bu səbəbdən də “Neftçi” tərəfi bu gün əvəzedici heyətlərin matçına qonaq komandanın azarkeşlərini buraxmayıb.

 

Qeyd edək ki, həmin qarşılaşmada “Qarabağ” rəqib komandanı 2:0 hesabı ilə məğlub edib.

Sizə yeni x var
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...