Modern.az

Mağaza sahibi "Azadlıq"ın müxbirini döyüb

Mağaza sahibi "Azadlıq"ın müxbirini döyüb

16 İyun 2010, 17:05

«Azadlıq» qəzetinin müxbiri Natiq Güləhmədoğlu iyunun 16-sı günorta saatlarında Səbail rayonunun 20-ci sahə deyilən ərazisində hücuma məruz qalıb. «Azadlıq» qəzetinin redaktoru Sücəddin Şərifov Modern.az-a deyib ki,

Natiq Güləhmədoğlu tanımadığı şəxs tərəfindən həm təhqir olunub, həm də döyülüb. O, bildirib ki, qəzetin əməkdaşını döyən şəxsin kim olduğu bilinmir: “Natiq səhər məhkəməyə gedəndə dayanacaqda durub avtobus gözləyirmiş. O bu zaman ağacın yarpağını qırıb. Bir nəfər ona yaxınlaşaraq bildirib ki, ağacın yarpağını niyə qırır. Natiq ona jurnalist olduğunu deyib və ağacı deyil sadəcə yarpağını qırdığını bildirib. Əməkdaşımız ona başa salıb ki, ağacı qoruyan da elə jurnalistlərdi. Ancaq buna baxmayaraq Natiqin tanımadığı şəxs onu əvvəlcə təhqir edib, təhqiramiz söyüşlər deyib. Sonra isə onu döyüb”.

S.Şərifov onu da qeyd edib ki, döyülən jurnalist polisə müraciət edib: “Hazırda həmin şəxs Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindədir. Natiq də ekspertizadadır. İlkin ehtimala görə, Natiqi döyən şəxs mağaza sahibidir”.

Günay Musayeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu