Modern.az

Etibar Babayev Teleradio Akademiyasının rektoru təyin edilib

Etibar Babayev Teleradio Akademiyasının rektoru təyin edilib

16 İyun 2010, 17:32

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Televiziya və Radio Akademiyasının təntənəli açılış mərasimi keçirilib.

Azərbaycan Teleradio Verilişləri QSC-nin

mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qısa müddətdə Teleradio Akademiyasının müasir standartlara cavab verən maddi-texniki bazası formalaşdırılıb. Azərbaycan Radiosunun binasında yerləşən Akademiyada çəkiliş və montaj avadanlığı quraşdırılıb, çəkiliş pavilyonları və səsyazma studiyası yaradılıb.

Qeyd edək ki, Akademiyanın yaradılmasından məqsəd ali təhsil bazası əsasında peşəkar teleradio mütəxəssislərinin hazırlanması, əməkdaşların ixtisaslarının təkmilləşdirilməsidir.

Yerli alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Avropa ölkələri, eləcə də ABŞ-dan tanınmış telemütəxəssislərin dərs demək üçün Akademiyaya dəvət olunması, gələcək müdavimlərin təcrübə mübadiləsini həmin ölkələrdə keçməsi nəzərdə tutulub. Tədrisin 2010-cu ilin sentyabr ayından başlanması planlaşdırılır. Etibar Babayev Teleradioakademiyanın rektoru təyin edilib.

 

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi