Tehranda keçirilən tədbir zamanı İran Prezidenti Məsud Pezeşkianla IRIB dövlət televiziyası arasında canlı yayım zamanı gərginlik yaranıb.
Modern.az “gdh.digital”ə istinadən xəbər verir ki, mühüm layihələrin təqdimatı məqsədilə kürsüyə çıxan Pezeşkian çıxışı zamanı dövlət televiziyasının müxbirinin müdaxiləsi ilə üzləşib.
Müxbirin “canlı yayımdayıq, vaxtı düzgün idarə etsəniz, yaxşı olar” məzmunlu xəbərdarlığı zaldakı ab-havanı daha da gərginləşdirib. Bu müdaxiləyə sərt reaksiya verən Pezeşkian çıxışını yarımçıq saxlayaraq “yayımlamayın, vacib deyil, biz işimizi görərik” deyib.
Bundan sonra İran dövlət televiziyası açılış mərasiminin canlı yayımını dayandırıb və efir qaraldılıb.