Modern.az

Milli Məclis büdcəyə hansı dəyişiklik edəcək? – Deputatdan TƏKLİF

Milli Məclis büdcəyə hansı dəyişiklik edəcək? – Deputatdan TƏKLİF

İqtisadiyyat

7 May 2014, 12:41

Hər il olduğu kimi bu il də Milli Məclis may ayında büdcəyə yenidən baxacaq. Büdcədə hansı əlavə və dəyişikliklər ediləcəyi isə hələ ki məlum deyil.

İqtisadçı millət vəkili Vahid Əhmədov büdcədə hansı dəyişikliklərə ehtiyacın duyulduğu barədə  Modern.az-a açıqlama verib. Deputat bildirib ki, Milli Məclis ayın 16-da 2013-cü ilin büdcəsi ilə bağlı qanunu təsdiqləyəcək. Amma 2014-cü ilin büdcəsi ilə bağlı hələ ki, ortada heç bir şey yoxdur.

Millət vəkili 2014-cü ilin büdcəsinə hansı məsələlərin salınacağına gəlincə, bildirib ki, bu dövlətdəna asılı bir məsələdir.

“Dövlətin hansı məsələlərə diqqət yetirməsindən asılı olaraq maddələrə dəyişiklik edilir. Məsələn, bu gün Azərbaycan ordusuna tikinti, texnika ilə bağlı vəsait lazımdır. Bundan başqa Azərbaycan təhlisilinə ayrılan vəsaitin həcmi artırılmasına ehtiyac var. Eləcə də kreditləşmə ilə bağlı məsələ öz həllini tapmalıdır. Prezident daha çox sosial layihələrə diqqət yetirir. Yəni bu Azərbaycan hökumətindən və ölkə başçısından asılıdır”.

İqtisadçı kimi Azərbaycanın hərbi məsələlərinə ayrılan vəsaitin artırılmasına, kreditlərin verilməsinə eləcə də sosial layihələrlə bağlı maddələrə dəyişkliklər edilməsinə ehtiyac olduğunu deyən V.Əhmədovun sözlərinə görə, daha çox Müdafiə Nazirliyinin hərbi büdcəsinə baxmaq olar.

“Bir iqtisadçı kimi mən Azərbaycanın hərbi məsələlərinə ayrılan vəsaitin artırılmasına, kreditlərin verilməsinə eləcə də sosial layihələrlə bağlı maddələrə dəyişkliklər edilməsinə ehtiyac var. Bundan başqa pensiya, əməkhaqqı, ünvanlı sosail yardıma daha çox diqqət ayırardım. Ən çox isə bugünkü real vəziyyətə uyğun Müdafiə Nazirliyinin hərbi büdcəsinə baxamaq olar”.

Gültəkin ƏLƏSGƏR  

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü