Modern.az

Rusiya Ukraynanın taleyini Pribaltikada həll etmək istəyir - TƏHLİL

Rusiya Ukraynanın taleyini  Pribaltikada həll etmək istəyir - TƏHLİL

Aktual

7 May 2014, 14:18

Amerika başda olmaqla NATO Rusiya ilə qarşılaşmaqdan yayınır

Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) dağılması ilə 15 respublika müstəqillik əldə etdi. Özünü heç zaman sovet ailəsinin üzvü saymayan Pribaltika dövlətləri - Latviya, Litva və Estoniya bu qlobal dəyişikliyə ən çox sevinənlər idi.

O dövrdə yaşayan insanların yəqin xatirində olar - 1989-cu ilin 23 avqustunda 2 milyondan artıq pribaltikalı ələ-ələ verərək “Baltika yolu” adını almış aksiya həyata keçirdilər. 600 kilometrə qədər uzanan canlı insan zənciri əslində Almaniya ilə SSRİ arasında 1939-cu ildə imzalanmış və Pribaltikanı SSRİ-nin təsir dairəsinə salan Molotov-Ribbentrop paktının 50 illiyi münasibətilə təşkil olunmuşdu.

1940-cı ildə sovet qoşunlarının bu torpaqlara gəlişini işğal aktı sayan pribaltikalıların kollektiv mübarizə əzmi Sovet İmperiyasının çöküşündə əhəmiyyətli rol oynadı.

1991-ci ildə SSRİ-nin rəsmən bir dövlət kimi fəaliyyətini dayandırdığı elan olunduqdan sonra Latviya, Litva və Estoniya müstəqil dövlətlər kimi Qərblə sıx inteqrasiya proseslərinə qoşuldular.

Avropa institutları – Avropa İttifaqı və Avropa Şurası ilə əməkdaşlıq genişləndirildi. Daim antirus əhval-ruhiyyələrin hökm sürdüyü Pribaltika ölkələri “rus təhlükəsi”nə qarşı təkilkdə mübarizə apara bilməyəcəyinə görə, özünə etibarlı tərəfdaş axtarırdı.

Məhz bu səbəbdən Şimali Atlantika Alyansı (NATO) ilə danışıqlar aparılırdı. 2004-cü il bu mənada əlamətdar oldu. Həmin il martın 29-da hər üç dövlət NATO-ya üzv qəbul olundu. Bu, xarici təhlükə olacağı təqdirdə Alyansın onları müdafiə edəcəyi təminatını verdi.

Ardınca mayın 1-dən Latviya, Litva və Estoniya Avropa Birliyinə üzv qəbul olundu.

Ukrayna hadisələrinə qədər Pribaltika ölkləri rahat idi

Beləliklə, əsas Avropa institutları Pribaltika ölkələrini öz ətrafında birləşdirdi. Ukrayna hadisələrinə qədər Pribaltika dövlətləri öz təhlükəsizliyi ilə bağlı əsaslı narahatlıq keçirmirdilər.

Rusiyanın regionda yürütdüyü mülayim siyasət də buna təsir edirdi. Bu illərdə tərəflər arasında əsasən söz savaşı gedirdi.

Sovet İttifaqının tərkibində olduğu illəri işğal hesab edən Pribaltika ilə Rusiya arasında gərginlik 2007-ci ilin aprelində kəskin şəkildə artdı. Estoniyanın paytaxtı Tallin şəhərinin mərkəzində yerləşən və şəhərin azad olunması uğrunda həlak olmuş sovet əsgərlərinin “Bürünc Əsgər” abidəsinin başqa yerə köçürülməsi ilə bağlı eston hökumətinin 2007-ci ilin aprelində verdiyi qərar kütləvi iğtişaşlara səbəb oldu. Ölkənin rusdilli icması və Rusiyadan gələn fəallarla polis toqquşmalara getdi. Nəticədə 1 nəfər Rusiya vətəndaşı öldürüldü. Qərarında qəti olan hökumət abidə yerini şəhərin kənarındakı hərbi məzarlığa dəyişdirməyə nail oldu.

Lakin Rusiya ilə Estoniya arasında münasibətlərdə ciddi soyuqluq yarandı. Moskvanın tətbiq etdiyi məhdud iqtisadi boykot siyasəti estonların bir neçə milyard avro ziyana düşməsinə səbəb oldu.

Bir haşiyəyə çıxaraq qeyd etmək lazımdır ki, Pribaltika dövlətlərində böyük rus icmasının da olduğunu unutmaq olmaz. Son statistik məlumatlara görə, Latviya əhalisinin 27,3%-i, Estoniyada 25,6% və Litvada 4,8% etnik ruslardır. Göründüyü kimi ruslar Latviya və Estoniyada gözəçarpacaq saya və nüfuza malikdirlər.

Rəsmi Kremlin həmişə rusdilli əhalinin hüquqlarının pozulması bəhanəsilə qonşu dövlətlərin daxili işlərini qarşımaq vərdişini nəzərə aldıqda Pribaltika dövlətlərinin narahat olmağa xeyli əsası var idi. Doğurdan da, son 20 il ərzində Rusiya rəsmi prezident səviyyəsində belə, rusdilli əhalinin hüquqlarının pozulması, rus dilinini ictimai həyatda istifadəsində məhdudiyyətlərin olması ilə bağlı bəyanatlar vermişdi. Bir faktı danmaq olmaz ki, məişət səviyyəsində latışlar, estonlar və litvalılar arasında rusofob meyllər var. 

Pribaltikanın rahatlığı pozulub



Uzun illər rus müstəmləkə siyasətinin qurbanı olan bu xalqlarda müəyyən anti-rus reflekslər inkişaf etmişdi. Lakin demokratik Avropanın bir hissəsi olan pribaltarın rusları milli zəmində diskriminasiya etməsi sadəcə rus təbliğat maşının yaratdığı çoxsaylı miflərdən biridir.

Təkcə onu demək kifayətdfir ki, rusdilli əhalini təmsil edən siyasi partiyalar hər üç dövlətdə sərbəst fəaliyyət göstərir. Bundan başqa, 2009-cu il iyluun 1-dən Latviyanın paytaxı Riqanın meri vəzifəsini etnik rus Nil Uşakov icra edir. Sosial araşdırmalar Pribatika ruslarının həyat səviyyəsinin Moskva sakinləri ilə təxminən eyni olduğunu göstərib. Rəsmi Moskvanın yalanlarına uyan bəzi Pribaltika rusları radikallaşmağa doğru getsələr də, bu tendesniya cəmiyyətdə kütləvi hal deyil.

Baltik sahillərində 1940-cı il kabusu

Belə deyək, etnik ruslar Avropa Birliyinin ərazisində yaşamağın üstünlüklərini çox gözəl anlayırlar. Lakin qeyd etdiyimiz kimi,  Ukraynadakı gərginlik və Krımın ilhaqı bütün Şərqi Avropa reguionunda əhval-ruhiyyənin kəskin dəyişməsinə yol açdı.

Putin Rusiyasının beynəlxalq normaları kobud sürətdə pozması və sərt sanksiyalardan sonra belə, Şərqi Ukraynada pozuculuq fəaliyyəti göstərməsi Pribaltikaya 1940-cı il kabusunu (SSRİ tərəfindən ilhaq olunmalarını) xatırlatdı.

NATO üzvü kimi kollektiv təhlükəsizlik sisteminin bir parçası olmasına rəğmən, Rusiya ilə sərhəddə yerləşən hər 3 dövlət ciddi narahatlıq keçirməyə başladı. Sosioloji sorğular gösdtərir ki, litvalıların 41,6 %-i əlində silah Rusiya aqressiyasına qarşı çıxmağa hazıdır.



Halbuki, Krım hadisələrindən öncə aparılan araşdırmalarda bu göstərici 29,8% idi. Region sakinlərinin 64 faizi hərbi xərclərin artırılması məsələsində hökuməti dəstəkləyir.
NATO-nun yardımına isə 73% vətəndaş inam ifadə edir.

Beləliklə, ümumi təhlükə qaşısında passivləşmiş NATO yeni nəfəs qazandı. Pribaltikadan əlavə Rumıniya, Polşa, Bolqarıstan və Macarıstan kimi sovet tanklarını vaxtilə öz küçələrində görən keçmiş sosialist ölkələr də hərbi xərclərini artırmağa başladırlar.

ABŞ hərbi kəşfiyyatı isə Konqressə göndərdiyi sənəddə rus təhlükəsinin nəinki Şərqi Ukraynada, həm də Pribaltikada yüksək olduğunu bildirmişdi.

NATO generalı Filip Bridlav bunun üçün Rusiyanın Avropa sərhədlərinə topladığı qoşunların kifayət olduğunu vurğulamışdı. Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer açıqlamalarının birində Rusiyanın Pribaltikaya təhlükə törətdiyini bəyan edib.

O, əmin edib ki, bu ölkələrin hava məkanında hava patrulu artırılacaq. Pribaltika səmalarını qoruyan 10 F-15 təyyarəsinə əlavə olaraq NATO təcili şəkildə 6 müasir F-16 təyyarəsini Şərqi Avropa sərhədlərinə yönəldib.

NATO Pribaltikanı necə müdafiə edəcək?

Pribaltikanı müdafiə etmək əzmini NATO Polşada keçirilən irimiqyaslı təlimlərlə də sübut etdi. Digər tərəfdən, Şərqi Ukraynadakı planları dalana dirənən Kremlin Pribaltika uğrunda NATO ilə üz-üzə gəlməyə hazır olduğu da inandırıcı deyil.

Ancaq Putinin hazırki gedişi onu da söyləməyə əsas verir ki, o, Ukrayna məsələsini Pribaltikada həll etmək niyətindədir. ABŞ başda olmaqla NATO qüvvələri isə hələlik Rusiya ilə kəllə-kəlləyə gəlmək istəmədikləri də açıqca sezilir.

Bu isə Baltikyanı dövlətlərə müsbət sonunc vəd etmir.

Son olaraq ilk baxışda əhəmiyyətsiz kimi görünən bir faktı qeyd etmək lazımıdr.
Şərqi Ukraynada yerli separatçılar tərəfindən girov götürülən ATƏT müşahidəçilərinin azad olunması üçün Almaniya kansleri Angela Merkel prezident Vladimir Putinə zəng edir.

Merkellə bir neçə saat davam edən sərt telefon danışığı sonrası Putinin göstəişi ilə təcili separatçılarla danışıqlara yollanan xüsusi nümayəndə Vladimir Lukin hərbi müşahidəçilərin azad olunmasına nail olur. 

Bu epizod faktiki olaraq Vladimir Putinin açıq konfranstasiyadan geri çəkildiyini və Qərblə bağlı ritorikasında dəyişiklik etdiyini göstərir. Merkellə danışdıqdan sonra Rusiya prezidenti Şərqi Ukrayna qoşun yeritməklə bağlı planlardan vaz keçdi.

Görünür ki, Putin iqtisadiyyatı dünya bazarlarında neftin qiymətindən birbaşa asılı olan Rusiyanın uğrayacağı maliyyə və reputasiya itkilərini də göz önünə gətirir.

Ancaq Putin siyasətində stabil bir xətt olmadığından Baltikyanı ölkələri Rusiya təhlükəsinin gözlədiyini istisna etmək də olmur.

tta xarici ekspertlər Ukraynadan sonra Putin Rusiyasın Pribaltika ilə haqq-hesab çəyini proqnozlaşrlar.



Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır