Modern.az

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü keçiriləcək

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü  keçiriləcək

Təhsil

17 İyun 2010, 09:20

Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya,  Azərbaycan və Ermənistan prezidentləri  Dmitri Medvedev, İlham Əliyev və Serj Sərkisyan arasında növbəti üçtərəfli görüş gözlənilir. Modern.az  Ermənistanın “Armtoday” agentliyinə istinadən xəbər verir ki, bu barədə  məlumatı  Ermənistan prezidentinin mətbuat xidməti yayıb. Məlumatda qeyd olunur ki, Sankt-Peterburq görüşündə dövlət başçıları Ermənistan – Azərbaycan, Qarabağ  münaqişəsinin nizamlanması üzrə danışıqların hazırkı mərhələsini müzakirə edəcəklər.

Serj Sərkisyan iyunun 17-19-də Sankt-Peterburqda keçiriləcək ənənəvi Beynəlxalq İqtisadi Forumda iştirak etmək üçün Rusiyaya 3 günlük rəsmi səfərə gedəcək. Səfər Medvedevin dəvəti ilə həyata keçirilir. Xəbər verlir ki, üçtərəfli görüş də bu forum çərçivəsində keçiriləcək.  

Qeyd edək ki, prezidentlər sonuncu dəfə yanvarın 25-də Soçi şəhərində bir araya gəliblər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR