Modern.az

Ötən ilki büdcənin xərclənməyən vəsaiti 2014-ün büdcəsinə daxil edilib

Ötən ilki büdcənin xərclənməyən vəsaiti 2014-ün büdcəsinə daxil edilib

7 May 2014, 17:48

Ötən ilin dövlət büdcəsindən qalan 960 408 100 manat qalıq 2014-cü ilin büdcəsinə əlavə olunacaq. Maliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının qanunu təsdiq edilib.

Belə ki, ötən il dövlət büdcəsinin gəlirləri 19 496 329,9 min manat, xərclər 19 143 492 min manat məbləğində olub. “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” qanuna görə, 2013-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan 960 408 100 manat məbləğində qalıq 2014-cü il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək.

 

Gültəkin ƏLƏSGƏR  

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir