Modern.az

Ərdoğan iki naziri işdən çıxardı - Yeni təyinatlar

Ərdoğan iki naziri işdən çıxardı - Yeni təyinatlar

Dünya

11 Fevral 2026, 10:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni daxili işlər və ədliyyə nazirləri təyin edib.

Modern.az xəbər verir ki, bu barədə qərar Rəsmi qəzetdə dərc olunub.

Prezidentin qərarına əsasən, istefa ərizəsi ilə müraciət edən Yılmaz Tunçun yerinə İstanbulun baş prokuroru Akın Gürlek Ədliyyə Nazirliyinin rəhbərliyinə gətirilib.

Ərzurum valisi Mustafa Çiftçi isə Daxili İşlər Nazirliyinə rəhbər təyin edilib və Ali Yerlikayanı əvəzləyib.

Qeyd edilir ki, təyinatlar Konstitusiyanın 104 və 106-cı maddələrinə uyğun olaraq həyata keçirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı