st1:*{behavior:url(#ieooui) }
Daha 6 gəmi Qəzzaya humanitar yük aparmağa hazırlaşır. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, iyulda “Fələstinin işğalına son” kampaniyası çərçivəsində daha 6 gəmi Qəzzaya doğru yola çıxacaq. Bu səfərin təşkilatçılarından Mazen Kahel Avropa parlamentindəki çıxışında gəminin yola çıxmaq üçün hazır olduğunu deyib. İyulun ortalarında yola çıxacaq “Azadlıq donanması-2” gəmisinə bu dəfə də türk, yunan və isveçrəli fəallar dəstək verəcək.