Modern.az

Hər nəfərə düşən ÜDM nə qədər olub?

Hər nəfərə düşən ÜDM nə qədər olub?

İqtisadiyyat

11 Fevral 2026, 15:17

2026-cı ilin yanvar ayında ölkədə 9078,7 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 1,7 faiz çoxdur.

Modern.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 2,3 faiz artıb.

Bundan əlavə, ÜDM-in 33,9 faizi sənayenin, 11,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmirinin, 7,8 faizi nəqliyyat və anbar təsərrüfatının, 3,6 faizi tikintinin, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 2,2 faizi informasiya və rabitənin, 23,4 faizi isə digər sahələrin payına düşür. Məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil edir.

Məlumatda əks olunub ki, əhalinin hər nəfərinə düşən ÜDM 884,5 manat olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Bakını müharibə ilə hədələdi