Modern.az

Zelenski: "Rusiya enerji obyektlərinə 200-dən çox dronla hücum edib"

Zelenski: "Rusiya enerji obyektlərinə 200-dən çox dronla hücum edib"

Dünya

13 Fevral 2026, 01:35

Rusiya ordusu fevralın 12-nə keçən gecə Ukraynanın enerji infrastrukturuna kütləvi zərbələr endirib.

Modern.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.

O bildirib ki, hücum zamanı 24 ballistik, bir qanadlı raket və 200-dən çox pilotsuz uçuş aparatı tətbiq olunub. Prezidentin sözlərinə görə, istifadə olunan vasitələrin əksəriyyəti məhz enerji obyektlərini hədəf alıb.

Zelenski əlavə edib ki, hazırda Kiyev, Odessa və Dnepropetrovsk vilayətlərində zərər görmüş infrastrukturun bərpası istiqamətində işlər davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
DTX Mehdiyevlə bağlı sirləri açdı - Kimlər HƏBS OLUNACAQ?