Modern.az

Bir gündə 4 nəfər suda boğulub, 3 nəfər dərmandan zəhərlənib

Bir gündə 4 nəfər suda boğulub, 3 nəfər dərmandan zəhərlənib

Təhsil

17 İyun 2010, 13:47

İyunun 16-da günün müxtəlif saatlarında ayrı-ayrı rayonlarda su hövzələrində çimən 4 nəfər boğulub, 3 nəfər dərman zəhərlənməsi ilə xəstəxanaya gətirilib. Modern.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətindən xəbər verilib.

DİN-in məlumatına görə, Salyan rayon sakinləri Tehran Əliabbasov və Fərhad Muradov Qaradağ rayonunun Pirsaat qəsəbəsi ərazisində dənizdə çimərkən suda boğulublar.

Şirvan şəhər sakini Əhməd Əhmədov isə Şirvan kanalında çimərkən suda batıb. Şabran rayonunun Qazmalar adlanan ərazisində Qələgah kənd sakini Rahib Qəniyev göldə çimərkən boğulub. İyunun 16-da 3 nəfər dərmandan zəhərlənib. DİN-in məlumatına görə, Abşeron rayonunun Digah qəsəbə sakini, 2 yaşlı Nigar Əsgərova evdə dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib, hazırda vəziyyəti qənaətbəxşdir. Abşeronun Saray qəsəbə sakini Leyla İbrahimova və Masazır qəsəbə sakini Ceyhunə İbrahimova da evdə dərmandan zəhərləndikləri üçün xəstəxanaya gətirilib, onların da vəziyyətinin qənaətbəxş olduğu bildirilir. İyunun 17-də saat 00.45 radələrində Abşeron rayonunun Saray qəsəbə sakini Lətafət Əsədovanı həyətində ilan sancıb. L.Əsədova xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR