Modern.az

Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz

Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz

Dünya

13 Fevral 2026, 19:36

Ermənistanın Baş naziri Nikol Paşinyan Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasından Baş nazirliyə namizədliyinə münasibət bildirib.

Modern.az xəbər verir ki, Paşinyan brifinqdə qeyd edib ki, Ermənistan Respublikasının qanun və Konstitusiyasına əsasən, ikinci və ya üçüncü ölkədə vətəndaşlığı olan şəxslər nə parlamentə, nə də Baş nazirliyə namizəd ola bilməzlər.

“Sizin danışdığınız məsələ nə de-yure, nə də de-fakto mövcuddur. Mövcud olmayan bir şey barədə şərh vermək lazımsızdır”, – Paşinyan əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı