Modern.az

Tanınmış aparıcı televiziyadan GETDİ

Tanınmış aparıcı televiziyadan GETDİ

Media

14 Fevral 2026, 11:14

Aparıcı İlhamiyyə Rza televiziya sahəsində karyerasını bitirdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında yazıb.  

“Bu da son… Televiziyamızın 70 illiyinə ithafən hazırladığımız bu verilişlə televiziya karyerama son qoydum. Əziz azsaylı, amma çox qiymətli izləyicilərim, sizi sevirəm" deyə, o, paylaşımında yazıb.  

İ.Rza layihə boyunca yanında olan komandaya təşəkkürünü bildirib. 

Qeyd edək ki, İlhamiyyə Rza 1989-cu ildən müxtəlif televiziya kanallarında fərqli layihələrlə efirdə olub. O, yazıçı, publisist Həmid Herisçinin həyat yoldaşıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB