Modern.az

Yasamal rayonu İcra Hakimiyyəti: ““Sovetski”də 1050 ailə evinin sökülməsinə razılaşıb”

Yasamal rayonu İcra Hakimiyyəti: ““Sovetski”də 1050 ailə evinin sökülməsinə razılaşıb”

İqtisadiyyat

10 May 2014, 12:58

“Konkret olaraq ərazidə söküntüyə razı olub İcra Hakimiyyəti ilə müqavilə bağlayanların sayı ilə barədə dəqiq rəqəm deyə bilirik. Kimlər ki, razı olmayacaq, ümumiyyətlə, onun yaşayış sahəsinin ölçüləri buna imkan vermir, onların sayı yekunda bilinəcək. Proses davam etdiyi müddətdə bunu söyləmək çətindir”.

Bunu Modern.az-a açıqlamasında Yasamal rayonu İcra Hakimiyyətinin memarı, İcra Hakimiyyətinin nəzdində yaradılan komissiyanın üzvü Eyvaz Bağırov bildirdi.

“May ayının  8-də sonuncu iclas keçirildi. Artıq 800-ə yaxın, konkret olaraq 790 razılaşma protokolun imazalandığı müəyyən olundu”.

Komissiya üzvü onu da bildridi ki, 1050 ailə şərtləri qəbul edərək evini satmağa razılaşıb: “Söküntü ərazisinə düşən 2950 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işləri aparılıb, 60 mənzil və qeyri-yaşayış sahəsi isə sökülüb”.

Qeyd edək ki, “Sovetski”məhəlləsinin sökülməsindən sonra heç bir yeni tikinti işləri aparılmayacağı, ərazidə böyük park salınacağı bildirilir.

Gülşən Raufqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir