Modern.az

Prezident üç naziri vəzifəsindən azad etdi

Prezident üç naziri vəzifəsindən azad etdi

Dünya

16 Fevral 2026, 10:20

Qırğızıstan Prezidenti Sadır Japarov üç naziri vəzifəsindən azad edib.

Modern.az Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, fövqəladə hallar naziri Boobek Ajikeyev, nəqliyyat və kommunikasiyalar naziri Absattar Sırqabayev, həmçinin təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyev vəzifələrindən azad ediliblər. ("Report")

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı