Modern.az

Ukraynadan Azərbaycana daha bir aviareys açılır

Ukraynadan Azərbaycana daha bir aviareys açılır

İqtisadiyyat

12 May 2014, 12:38

Mayın 17-də Ukraynanın Dnepropetrovsk vilayətindən Bakı şəhərinə yeni təyyarə reysi açılacaq.

  Bu haqda Modern.az-a Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev məlumat verib.   “Dnepropetrovsk vilayətində yaşayan soydaşlarımızın çoxsaylı mürüciətinə əsasən açılan  Dnepropetrovsk - Bakı, Bakı - Dnepropetrovsk təyyarə reysini “Dniproavia” şirkəti həyata keçirəcək” – deyə o bildirib. 

  Qüdrət Hacıyevin sözlərinə görə, yay mövsümündə belə bir təyyarə reysinin açılması vilayətdə yaşayan 30 mindən çox azərbaycanlının, xüsusən də Şərqi Ukraynada təhsil alan  minlərlə azərbaycanlı tələbələrin vətənə gediş –gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacaq.   “Dniproavia” şirkətindən bildirilib ki, Dnepropetrovsk –Bakı təyyarə reysi ilkin olaraq  uçuşlarını may ayının 17-dən başlayaraq  hər həftənin şənbə günü həyata keçirəcək. Biletlərin qiyməti də sərnişinlərin istəyinə uyğundur. Belə ki, Kiyevdən Bakiya ikitərəfli uçuşun qiyməti 6 min qrinva (373 manat) olduğu təqdirdə Dnepropetrovski-Bakı, Bakı-Dnepropetrovsk  reysinin qiyməti 4 min (248 manat) qrivna təşkil edəcək. “Dniproavia” kompaniyası əlavə olaraq 12 yaşından 24 yaşına, o cümlədən 60 yaşından yuxarı olan sərnişinlərə 25 faiz güzəştli biletlət satacaq. 

  Şirkət sərnişinlərin tələbinə uyğun olaraq, iyun ayından etibarən reysin sayını həftədə 2 dəfəyə qaldırmağı da nəzərdə tutub. Gələcəkdə Xarkov-Bakı təyyarə reysinin açılması da “Dniproavia” kompaniyasının planına daxildir.

 

 

Modern.az    
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir