Modern.az

Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etməyib

Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etməyib

Dünya

17 Fevral 2026, 01:28

“Gürcüstan hakimiyyəti Rusiya ilə diplomatik münasibətlərin və dəmir yolu əlaqələrinin bərpası barədə danışıqlar aparmayıb”.

Modern.az xəbər verir ki, bu barədə İrakli Kobaxidze açıqlama verib.

Baş nazir bildirib: "Bu barədə heç bir ünsiyyətimiz olmayıb. Yeni bir məlumat yaranarsa, onu ictimaiyyətə təqdim edəcəyik".

Qeyd edək ki, Aleksey Overçuk 12 fevral tarixində Rusiya ilə Gürcüstan arasında Abxaziya vasitəsilə dəmir yolu əlaqələrinin bərpası ehtimalının nəzərdən keçirildiyini bildirmişdi.

Sizə yeni x var
Keçid et
İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı