Modern.az

Ermənistanın əsl prezidenti kimdir - TƏHLİL

Ermənistanın əsl prezidenti kimdir - TƏHLİL

13 May 2014, 10:04

 

Ermənistanın həm siyasi, həm də iqtisadi baxımdan Rusiyadan asılı olduğu sirr deyil. Bu ölkı Rusiyanın bir vilayəti kimi də dəyərləndirilir.

Ona görə də formal müstəqil olan Ermənistanın idarəçilik işlərinə nəzarət etmək üçün Rusiyanın bu ölkədə bir nümayəndəsi olmalıdır.

Bu şəxs bir növ rəsmi Yerevanın addımlarına nəzarət etməli və Avropaya meyl edən qüvvələri zərərsizləşdirməlidir.

Rusiya Federasiyasının Ermənistandakı səfiri İvan Volınkin hazırda məhz bu canişin funksiyalarını yerinə yetirir. Volınkinin adi diplomat olmadığı mətbuatdakı açıq məlumatlardan aydın olur.

2007-ci ilin 7 noyabrı. Tbilisi şəhərində Mixail Saakaşvili hakimiyyətinə qarşı müxalifətin geniş vüsət alan izdihamlı mitinqlərinin pərdəarxası məqamlarında İvan Volınkin aktiv şəkildə iştirak edir. İvan Volınkin həmin vaxt Rusiyanın Gürcüstandakı səfirliyndə məsləhətçi kimi fəaliyyət göstərib. Mitinqlər öncəsi o, gürcü müxalifətinin liderlərindən biri, mərhum prezident Konstantin Qamsaxurdiyanın evində bir neçə saatlıq görüşlər keçirir. Onların nə barədə söhbət etdikləri məlum olmasa da, gərgin siyasi şəraitdə rus diplomatının müxalifət liderlkərindən biri ilə danışıqlar aparması çox şübhəli görünürdü.

Onu Gürcüstandan niyə çıxardılar?

Saakaşvili iqtidarının müxalifəti Rusiya ilə əməkdaşlıqda ittiham etməsi bu fonda inandırıcı görünürdü. Diplomatın Rusiya xüsusi xidmət orqanları ilə geniş əlaqələri mövcuddur. İvan Volınkini ölkədə “arzuolunmaz şəxs” élan edilir. Bundan sonra Volınkin onun kimi casusluqda şübhəli bilinən daha 2həmkarı ilə birlikdə Tbilisini tərk edir. Moskvaya qayıdarkən Volınkin bu hadisələri öz interpretisiyasında bü cür şərh edirdi: “Mən Qamsaxurdiyagilə qonaq getmişdim. Onlarla ailəvi dostam. Bu hadisəni çox şişirtdilər”.

Bundan sonra o, bir müddət Rusiyanın Makedoniya səfirilyində məsləhətçi kimi çalışır. 2009-cu ildə isə Volınkin diplomatik pilləkəndə qəfil irəliləyir. Həmin il o, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun köməkçisi və Nazirliyin Baş dəftərxana şöbəsində sədr müavini təyin olunur.

Tam 4 il Volınkin bu vəzifəni icra edir.

Və nəhayət, 2013-cü il martın 21-də Vladimir Putinin sərəncamı ilə İvan Volınkin Rusiyanın Ermənistandakı səfiri təyin olunur. Bu vaxta artıq yaxşıca unudulmuş 2007-ci ildəki “casus skandalı” yenidən gündəmə gəlir. 

Putinin canişini İrəvanda  

İstər Rusiya, istərsə də Ermənistan mətbuatı ən azı şübhəli reputasiyaya malik diplomatın Ermənistana səfir təyin olunmasını təəccüblə qarşılayır.

Yazının əvvəlində də qeyd olunduğu kimi görünür, Vladimir Putin öz vilayətindəki situasiyanı nəzərətdə saxlamaq üçün casusluq vərdişləri olan Volınkini Yerevana göndərib.

Beləliklə, artıq 1 ildən artıqdır ki, casus-diplomat Ermənistanda səfir kimi fəaliyyət göstərir. Bu müddət onun fəaliyyətini hərtərəfli analiz etmək üçün azlıq təşkil etsə də, Ermənistanın canişini rolunda Volınkinin diqqətçəkən bir uğuru var. Vladimir Putinin neo-SSRİ layihəsi olan Gömrük İttifaqı və Avrasiya Birliyi planlarında Ermənistan da yer alırdı.

Lakin Serj Sarksiyan və onun Avropa meylli keçmiş hökumət rəhbəri Tiqran Sarksiyan bu planlara müqavimət göstərirdilər. “Qızıl orta” prinsipi ilə ruhlanan Ermənistan rəhbərliyi həm Avropa Birliyi, həm də Gömrük İttifaqı ilə imtiyazlı tərəfdaş olmaq istəyirdi. Hələ 2012-ci ilin aprelində baş nazir Tiqran Saksiyan Gömrük İttifaqına üzvlüyün Ermənistan üçün “iqtisadi baxımdan əlverişli olmadığını” bildirmişdi. Lakin Serk Sarksiyanın Rusiyaya saysız-hesabsız səfərlərinin birində- 2013-cü il sentyabrın 3-də Moskvada Vladimir Putinlə görüşdən sonra ölkəsinin Gömrük İttifaqına üzv olmaq üçün müraciət etdiyini bildirir. Beləliklə, İvan Volınkin səfir olduqdan sonra heç 5 ay keçməmiş Rusiya öz forpostundan istədiyin əldə etdi. Rus diplomatın da heç şübhəsiz bu proseslərdə rolu var.

O Krımdan danışanda nə demək istədi?

2013-cü il noyabrın 15-də “Azadlıq radiosu”nun Ermənistan şöbəsinin suallarını cavablandırarkən Volınkin Gömrük İttifaqı”na üzv olduqdan sonra “Ermənistanın öz suverenliyinin bir hissəsini itirəcəyi” ilə bağlı açıqlama verir. Onun sözlərinə görə, səlahiyyət itkisi ilə bütün ölkələr, o cümlədən Rusiya da üzləşməli olacaq. Lakin o konkert olaraq bu suverenlik itikisini nədən ibarət olacağını açıqlamadı.

İvan Volınkin səfir kimi verdiyi qalmaqallı açıqlamalarından birində Azərbaycanın da mənafelərinə toxunan fikirlər səsləndirib. Rusiyada nəşr edilən “Noev Kovçeq” (Nuh Gəmisi) qəzetinə açıqlamasında rus səfir “xalqların öz müqəddəratını təyinetmə hüququ”nun əsas prinsip olduğunu diqqətə çəkdi.

“Hər bir xalqın öz müqəddəratını təyin etmə hüququndan çıxış etmək lazımıdr. Biz Krımı istənilən vasitələrlə tərkibimizə qatmağa çalışmırdıq. Amma hər halda presedent var”- deyə səfir müsahisəsində bildirmişdi. Yəni Rusiya səfiri dolayısı ilə Krımın Dağlıq Qarabağa da presedent ola biləcəyəyini bildirirdi.

Gürcüstanda diplomat etikasını pozaraq çalışdığı ölkənin daxili siyasi işlərinə müxalifət tərəfdə qatılan Volınkin bu dəfə görünür ki, Ermənistan iqtidarını möhkəmləndirmək və müxalifətin genişlənməsinə imkan verməmək tapşırığı alıb. Bu kiçik Qafqaz respublikasında heç kəsdən çəkinməyən kəşfiyyatçı rus səfiri Qərb dövlətlərinin Ermənistandakı mövqelərini xeyli zəiflətməyə nail olub.

Təsadüfi deyil ki, səfirlə müxalifət arasında növbəti qalmaqal bu yaxınlarda yaşandı. Rusiyada dərc edilən dərgilərindən birinə açıqlamada İvan Volınkin Ermənistanda rus-erməni münasibətlərinə zərbə vuran bəzi qeyri-hökumət təşkilatlarının ləğv olunması və bu sahədə qanun qəbul olunmasını məsləhət bildi.

“Mən əminəm ki, Rusiya Ermənistanın informasiya məkanında öz mövcudluğunu daha aktiv göstərməlidir.Erməni-rus münasibətlərinə zərbə vurmaq istəyən QHT-lərə qarşı görünür ki, başqa metodlardan istifadə etmək lazımdır. Yeri gəlmişkən, Rusiyada QHT fəaliyyətini nizamlayan qanun var”.

Canişin-səfrini açıqlamaları ilk növbədə Gömrük İttifaqına qarşı çıxan təşkilatlara və müxalifətə qarşı yönəlmişdi. Erməni cəmiyyətində bu açıqlamalar böyük heyrət doğurdu. Səfri açıq-aşkar öz səlahiyyətləri xaricində olan bir məsələ barədə mühakimə yürüdürdü.

Ermənistan müxalifətinin prezident hesab etdiyi diplomat

Təsadüfi deyil ki, Ermənistan müxalifətinin aparıcı simalarından olan rejissor Tiqran Hzmaylan Volınkini Ermənistanın faktiki prezidenti adlandırdı. “Bizim təşkilat QHT olmasa da, anlayarıqı ki, Rusiyanın Ermənistandakı səfirilyinə bu söz xoş deyil. Çünki səfirilk həm Ermənistanın prezideni, baş naziri, spikeri, mədəniyyət naziri və s.kimi vəzifələri özündə təcəssüm etdirir. Bu gündən bizim əsas işimiz Rusiya səfirilyi və onun Yerevan polisinin də daxil olduğu yerli filialları olacaq”.

Hadisədən bir neçə gün sonra isə yerli jurnalsitlərə açıqlamsında Volınkin çox təmkinli şəkildə bildirdi ki, heç zaman sözlərini geri götürməyəcək.

Onun fikrincə, dedikləri bütün Ermənistanda yox, ayrı-ayrı dairələrdə neqativ qarşılanıb. SSRİ diplomatiya məktəbinin yetirməsi olan 55 yaşlı İvan Volınkinin Ermənistandakı fəaliyyətinə saldığımız qısa nəzər onu deməyə əsas verir ki, o Ermənistanıln de-fakto yönəldicisidir.

 

Vüqar İsmayılov

 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir