Modern.az

Rövnəq Abdullayev neftçilərə 303 mənzilin açarını payladı - FOTOLAR

Rövnəq Abdullayev neftçilərə 303 mənzilin açarını payladı - FOTOLAR

İqtisadiyyat

13 May 2014, 14:26

Mayın 13-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Bakının Xətai rayonu, A.İsmayılov küçəsindəki 1152-ci məhəllədə tikilmiş 8 bloklu 303 mənzilli yeni yaşayış binasında ev almış neftçilərə orderlərin təqdim olunma mərasimində iştirak ediblər. Tədbirdə bildirilib ki, ARDNŞ respublikada öz əməkdaşlarını növbəlilik əsasında mənzillərlə təmin edən yeganə şirkətdir və bu məqsədlə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılıb. 2007-2013-cü illər ərzində 1744 neftçi ailəsi ARDNŞ tərəfindən mənzillə təmin olunub. Bu gün ARDNŞ üzrə 4454 nəfər işçi mənzil uçotundadır ki, onların da 4006 nəfəri Bakıda, 448 nəfəri isə müxtəlif rayonlarda yaşayır. Hazırda Lökbatan və Sahil qəsəbələrində ümumilikdə 499 mənzilli 2 yeni yaşayış binasının tikintisi başa çatmaq üzrədir. Eyni zamanda Bibiheybət ərazisində 1000-dən artıq ailənin mənzillə təmin olunması üçün yeni yaşayış kompleksinin tikilməsi məqsədi ilə hazırlıq işləri aparılır.

Vurğulanmışdır ki, bu gün istifadəyə verilən 8 bloklu yeni yaşayış binası 12 mərtəbədən, mansarddan və 303 mənzildən ibarətdir. Bina su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunub, binanın həyətində istirahət guşəsi yaradılıb, ətraf abadlaşdırılıb.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Şirkətin idarə və müəssisələrində çalışan işçilərin sosial problemlərinin həlli hər zaman diqqət mərkəzində olan məsələlərdəndir və bu sahədə mühüm sosial proqramlar həyata keçirilir. Belə ki, 2012-ci ildən ARDNŞ əməkdaşlarının tibbi sığortasına başlanılıb, 2013-cü ildən etibarən isə neft sənayesi veteranları və təqaüdçülər sığorta olunub. Proqram çərçivəsində şirkət əməkdaşlarının ailə üzvlərinə də güzəştlər tətbiq edilir. Ehtiyacı olan əməkdaşlara Şirkət tərəfindən maddi yardımlar göstərilir. 2010-2013-cü illər ərzində neftçilərə 5 milyon manatdan artıq həcmdə maddi yardım edilib. Hər il neftçilər və onların ailə üzvlərinin müxtəlif istirahət mərkəzlərində yay istirahəti güzəştli şərtlərlə həyata keçirilir. Təkcə 2013-cü ildə 12 mindən artıq neftçinin və onların ailə üzvlərinin istirahəti təşkil olunub. Eyni zamanda ehtiyacı olan 1200 nəfər də sanitar-kurort müalicə mərkəzlərinə göndərilin. ARDNŞ-nin prezidenti neftçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirin.

Daha sonra Rövnəq Abdullayev yeni binanın rəmzi qırmızı lentini kəsərək, burada mənzil alan neftçilərə order və açarları təqdim edib, onlara yeni mənzillərində firavan həyat arzulayıb.










Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər