Modern.az

Nazirlik jurnalistləri Hirkan Milli Parkına aparır

Nazirlik jurnalistləri Hirkan Milli Parkına aparır

Media

18 İyun 2010, 14:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekologiya ili” çərçivəsində hazırladığı Kompleks Tədbirlər Planına uyğun olaraq Hirkan Milli Parkına “2010 Ekologiya ili–Yaşıl dünya naminə” devizi altında press-tur təşkil ediləcək.
Modern.az nazirliyə istinadla xəbər verir ki, 19.06.2010-cu il tarixdə səhər saat 07:15-də ETSN-nin inzibati binasının qarşısından xüsusi ayrılmış avtobusla başlanacaq press-tur Hirkan Milli Parkında davam edəcək.
Jurnalistlər Hirkan Milli Parkının flora və faunası ilə yaxından tanış olacaq, onları maraqlandıran suallar Nazirliyin mütəxəssisləri tərəfindən cavablandırılacaq. Eyni zamanda, Hirkan Milli Parkının ərazisində təşkil ediləcək gəzinti zamanı mətbuat nümayəndələri Milli Park ilə bağlı geniş reportaj hazırlamaq imkanı əldə edəcək. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir