Modern.az

Əli Həsənov, Rövnəq Abdullayev, Tale Heydərov və digər tanınmışlar mükafat aldılar - SİYAHI

Əli Həsənov, Rövnəq Abdullayev, Tale Heydərov və digər tanınmışlar mükafat aldılar - SİYAHI

14 May 2014, 22:14

Bakıda "The Business Year: Azerbaijan - 2014" nəşrinin təqdimat mərasimi keçirilib. Mərasim zamanı "The Business Year" jurnalının 2014-cü ildə Azərbaycanla bağlı buraxılışına həsr olunmuş videoslayd nümayiş etdirilib.

Tədbirdə nəşrin regional direktoru Betül Çakaloğlu “The Business year: Azerbaijan-2014” nəşrinin xüsusi buraxılışı haqqında ətraflı danışıb.
Deyib ki, baş ofisi Londonda yerləşən “The Business Year” dünyanın müxtəlif bölgələrini, o cümlədən Latın Amerikası, Asiya, Afrika qitələrini əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və işıqlandıran, həmçinin analizlərlə çıxış edən nüfuzlu şirkətdir. Şirkət müxtəlif ölkələrin sosial-iqtisadi durumu, inkişaf meylləri, biznes və investisiya mühiti, aparıcı şirkətləri haqqında ildə 20-dən artıq xüsusi buraxılış hazırlayaraq bütün dünyada yayır. Bu xüsusi buraxılışlar dünyanın aparıcı biznes dairələri tərəfindən maraqla qarşılanır, işgüzar əlaqələrin inkişafına xidmət edir və birgə iqtisadi layihələrin reallaşdırılmasına töhfə verir.

Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və başqaları çıxış ediblər.

Sonra müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub.

"The Business Year" şirkəti Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı Azərbaycan Respublikasının ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada "İlin Birinci Xanımı" elan edib.

"Azərbaycanın milli maraqlarının təbliğinə görə "Vətənpərvərlik" mükafatı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova təqdim edilib.

"İlin xarici investoru" mükafatına Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Rövnəq Abdullayev), "İlin korporativ bankı" mükafatına "Pasha Bank", "İlin beynəlxalq dialoqu" mükafatına Avropa Azərbaycan Cəmiyyəti (Tale Heydərov), "İlin aviaşirkət rəhbəri" mükafatına "Azərbaycan Hava Yolları" QSC-nin rəhbəri Cahangir Əsgərov, "İlin ixracatçısı" mükafatına "Azərsun Holdinq", "İlin mobil internet provayderi" mükafatına "Bakcell" şirkəti, "İlin infrastruktur yeniliyi" mükafatına "AzVirt" şirkəti, "Vətəndaş cəmiyyəti sahəsindəki nailiyyət" mükafatına "Kaspi" təhsil mərkəzi, "İlin investoru" mükafatına "Bakı Gəmiqayırma Zavodu" MMC, "İlin sənaye şirkəti" mükafatına "Norm Sement" şirkəti layiq görülüb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir