Modern.az

Əfqanıstanda 5,5 bal gücündə zəlzələ baş verib

Əfqanıstanda 5,5 bal gücündə zəlzələ baş verib

Dünya

20 Fevral 2026, 18:30

Əfqanıstanda 5,5 bal gücündə zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) açıqlama yayıb.

Bildirilib ki, hadisə Hinduquş dağ silsiləsində qeydə alınıb.

Yeraltı təkanların ocağı 87 kilometr dərinlikdə yerləşib. Episentr isə təxminən 108 min əhalisi olan Bağlan şəhərindən 111 kilometr cənub-şərq istiqamətində olub.

Hazırda xəsarət alanlar və dağıntılarla bağlı hər hansı məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı