Modern.az

Bu türk dövləti pensionerlər üçün cənnətdir - FAKTLAR

Bu türk dövləti pensionerlər üçün cənnətdir - FAKTLAR

Analitika

23 Fevral 2026, 15:50

Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə yaşlı nəsilə dünyanın digər ölkələrindən daha fərqli  münasibət göstərilir. Bu, onlara göstərilən xüsusi hörmətdə, təqaüd təminatında özünü açıq şəkildə göstərir. Nümunə kimi, qardaş ölkə Özbəkistanı göstərmək olar. Özbəkistanın təqaüd sistemi digər MDB ölkələrindən fərqlənir. Fərq özünü təqaüd yaşında, təqaüdçülərə verilən imtiyazlarda, ümumilikdə, təqaüd sistemində göstərir. 

Modern.az Özbəkistandakı təqaüd sistemini araşdırıb.

Özbəkistanda təqaüd sistemi

MDB məkanında pensiya islahatları son illərdə sürətlə dəyişir. Bir sıra ölkələr fərdi yığım və sığorta kapitalına əsaslanan modellərə keçid edir. Lakin Özbəkistan hələ də daha çox klassik dövlət-paylayıcı sistemə üstünlük verir. Bu yanaşma ölkəni regionda fərqləndirən əsas cəhətlərdən biridir. Özbəkistanda pensiyalar əsasən dövlət sosial sığorta mexanizmi ilə maliyyələşdirilir. Sistem işləyən nəslin ödədiyi sığorta haqları hesabına hazırkı pensiyaçıların təmin olunmasına əsaslanır. Bu model Qazaxıstan kimi ölkələrdə tətbiq olunan fərdi yığım sistemindən fərqlənir. Həmin ölkələrdə vətəndaşın şəxsi hesabında toplanan kapital gələcək pensiyanın əsasını təşkil edir. Özbəkistanda isə fərdi yığım mexanizmi məhduddur və sistem daha çox mərkəzləşdirilmiş xarakter daşıyır.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanına əsasən,ölkədə pensiya və müavinətlərin minimum məbləğləri artırılıb. Prezidentin imzaladığı son sənədlərə və 2026-cı il üçün müəyyən edilmiş sosial göstəricilərə əsasən əsas dəyişikliklər aşağıdakılardır:

Yaşa görə minimum pensiya: Ayda 918 000 sum (75,5 dollar)

Əlilliyə görə minimum pensiya: Ayda 1 012 000 sum (83 dollar)

Pensiya hesablanmasının baza miqdarı: 428 000 sum (35 dollar)

Qeyd edilən məbləğ az görünsə də, Özbəkistandakı aşağı inflyasiya və ucuzluq şəraitində orta statistik pensiyaçı üçün qənaətbəxş hesab olunur. 

 

Əsas Yeniliklər və İslahatlar

İnflyasiyadan yüksək artım: 2026-cı ildən etibarən Özbəkistanda əmək haqları, pensiya və müavinətlərin illik indeksasiyasının rəsmi inflyasiya səviyyəsindən daha yüksək templərlə həyata keçirilməsi planlaşdırılır.

"Mənim pensiyam" platforması: 2026-cı ilin yazından etibarən vətəndaşlar gələcək pensiya məbləğlərini onlayn şəkildə əvvəlcədən hesablaya biləcəklər.

Büdcə ayırmaları: 2026-cı ildə dövlət büdcəsindən pensiya ödənişləri üçün təxminən 86,1 trilyon sum vəsait ayrılması nəzərdə tutulub.

Pensiya sistemində islahat: 2026-cı ilin fevral ayında pensiya təminatı sistemində köklü yeniliklərin edilməsi və kompleks islahatların hazırlanması elan edilib. 

Pensiya yaşı

Özbəkistanda hazırda kişilər üçün pensiya yaşı 60, qadınlar üçün isə 55-dir. MDB ölkələrinin əksəriyyətində pensiya yaşı mərhələli şəkildə artırılıb. Məsələn, Rusiya və Qazaxıstanda göstərici daha yüksəkdir. Bu baxımdan Özbəkistan sosial həssaslığı qorumağa çalışan ölkə kimi özünü göstərir. Lakin ekspertlər hesab edir ki, aşağı yaş həddi uzunmüddətli perspektivdə dövlət büdcəsinə əlavə yük yarada bilər.

İmtiyazlar

Özbəkistanda pensiyaçıların imtiyazları əsasən müəyyən sosial statusa malik şəxslərə şamil edilir. Həmin şəxslər aşağıdakılardır:

- Müharibə veteranları

- Əlilliyi olan şəxslər

- Xüsusi dövlət təltiflərinə malik vətəndaşlar

Bu kateqoriyalar üçün əlavə ödənişlər və kommunal güzəştlər tətbiq olunur. Dövlət tibb müəssisələrində isə pensiyaçılar üçün pulsuz və ya subsidiyalı xidmət mexanizmi mövcuddur.

Digər MDB ölkələrində isə bəzi sosial paketlər daha geniş kütləyə şamil edilir. Məsələn, bəzi ölkələrdə bütün pensiyaçılar üçün kommunal xərclərə ümumi güzəşt mexanizmi tətbiq olunur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı