Modern.az

Suriyada xəzan olan “Ərəb baharı” - TƏHLİL

Suriyada xəzan olan “Ərəb baharı” - TƏHLİL

15 May 2014, 18:03

Suriyadakı vətəndaş müharibəsi 4-cü ilinə qədəm qoyub.

Beynəlxalq təşkilatların açıqlamalarına görə, bu illər ərzində 150 min insa dünyasını dəyişib, 4 milyon suriyalı öz ölkəsindən didərgin düşüb.

2011-ci ilin martında Əsədə qarşı başlanan kortəbii etirazlar qısa müddətdə təşkilatlanmış silahlı birləşmələrin müqaviməti ilə üzləşdi.

Amerika və Qərb dövlətlərinin dəstəklədiyi müxalif qüvvələr Qətər, Səudiyyə Ərəbistanı və Türkiyədənmaliyyə dəstəyi ala bildi

Bundan sonra qarşıduma daha da böyüdü və dünyanın müxtəlif yerlərində yaşayan vəhabi və sələfi təriqətli gənclər kütləvi şəkildə Türkiyə sərhədlərini aşaraq Suriyaya axışdılar.

ABŞ kəşfiyyatının məlumatına görə Suriyada vuruşan muzdlu döyüşüçülərin sayı 10 mindən artıqdır. Etnik çeçenlərdən, tüklərdən və liviyalılardan ibarət bütöv batalyonların olması xaricidən cihad adı ilə gələn döyüşçülərin Suriya vətəndaş müharibəsində əhəmiyyətli rol oynadığını göstərirdi.

Eyni zamanda muzdlu döyüşçülər hökumət qoşunlarının tərkibində də müşahidə olunurdu. Heç kəsə sirr deylidi ki, Livanda yerləşən “Hizbullah” terror təşkilatı, İran İslam Respublikasi və Rusiya Federasiyası Bəşər Əsəd rejiminə hərbi və maliyyə yardımları göstərir. “Hizbullah”ın yüzlərlə döyüşçüsünün Suriyada həlak olması, Rusiya təyyarələrinin Dəməşqə pul əskinazları daşıması buna sübut idi.

Ümumilikdə, Suriya münaqişəsinin uzun müddət davam etməsi və amansızlığı ilə seçilməsini İslam aləmindəki təriqət müxtəlifliyi ilə də izah etmək olardı. Belə ki, Suriya prezidenti Bəşər Əsəd şiəliyin qolu sayılan ələvi təriqətinə mənsib idi.

Ölkə əhalisinin 15%-ni təşkil edən ələvilər Əsəd hakimiyyətinin əsas dayağı hesab olunur. Məhz ələvilərdən ibarət olan “Şəbiha” hərbi birləşməsi müxalif qüvvələrə və dinc sakinlərə qarşı müxtəlif zamanlarda baş verən kütləvi cinayətlərin əsas iştirakçıları olublar.

İran və Livan şiələri “Hizbullah” terror təşkilatının simasında Əsədin digər müttəfiqləri idilər. Lakin dünya sünniləri Suriya müxalifətinin tərəfində idi.

Əhalinin böyük əksəriyyətini təşkil edən sünnilər vəhabiliyin geniş yayıldığı Səudiyyə Ərəbistanı və Qətərdən aktiv dəstək alırdılar. Digər sünni dövlət Türkiyə sərhədlərini açaraq Suriyaya gedən döyüşçülərin hərəkətlərinə göz yumurdu.

Sələfilyin geniş yayıldığı Şimali Qafqaz və Şimali Afrika dövlətlərindən də canlı qüvvə baxımından aktiv dəstək mövcud idi.

Geridə qalan 3 ili analiz etsək müəyyən məqamlarda Suriya ordusunun, müəyyən anlarda isə müxalifətin konflikti bitirmək üçün imkanlarının olduğunu görərik.

Əsas döyüş meydanı ölkənin mərkəzi və şimal bölgəsidir. Xüsusən strateji əhəmiyyət daşıyan Dəməşq-Hələb yolu ətrafında qanlı döyüşlər baş verirdi. Hadisələr göstərdi ki, ordu Bəşər Əsədə sadiqliyin qoruyur. Bu səbəbdən müxalifətçilər iri şəhərlərin heç birinə bu müddətdə yiyələnə bilməyiblər. Əksinə,son döyüşlərdən sonra ölkənin ən böyük 3-cü şəhəri Homs hökumət qoşunlarına təslim oldu.

Livanla sərhəddə Kalamun vadisi və Yabrud şəhəri də müxalifətçilərdən azad olunub. Bəşər Əsəd müharibəinn tezliklə yekunlaşacağını və bütün “terrorçuların” məhv ediləcəyinə söz verib. Lakin Əsədin çıxışlarının xronologiyasına baxdıqda o demək olar ki, hər ay qələbənin yaxında olması barədə danışır.Reallıq isə onu göstərir ki, tərəflərdən birinin cüzi üstünlük qazanması əsaslı qələbədən danışmağa imkan vermir. Əsədin hakimiyyətdən getmək istəməməsi vətəndaş müharibəsini kəskinləşdirən əsas amildir.

Bəşər Əsəd nəinki hakimiyyətdən gedir, əksinə, iyunun 3-də prezident seçkilərində iştirak edəcək. Qərb dövlətlərinin onsuz da tanımayacağı seçkilər münaqişənin həll olunmasını uzada bilər.

Təsadüfi deyil ki, Ağ Evdə Suriya Milli Müxalifət və İnqilab Koalisiyasının sədri Əhməh əl-Carbonu qəbul edən Barak Obama 3 iyun seçkilərini tanımayacaqlarını və Bəşər Əsədin öz legitimliyini itirdiyini diqqətə çatdırıb. Lakin ABŞ və Avropa Birliyinin Suriyada daha fəal siyasət yürütməmələri, Suriya müxalifətini lazımi silahlarla təmin etməmələri başa düşülən deyil.

Açıq-aşkar Suriyanı hərbi texnika ilə təmin edən Rusiyadan fərqli olaraq Qərb ehtiyatlı mövqe seçib.Liviya hadisələrində Qəddafi rejiminin devrilməsində NATO əsas rol oynamışdı. Lakin yerli müxalifət onları silahla təmin edən və maliyyələşdirən Qərb ölkələrinə minnətdarlıq bildirməmiş, əksinə ABŞ-ın Liviyadakı səfirinin ölümü ilə nəticələnən terror aktı törətmişdilər. Yeni Liviya hakimiyyətinin demokratik dəyərlərə tam riayət etməməsi və ölkədə hələ də qanunsuz silahlı birləşməlin mövcudluğu birlik tərəfindən məyusluqla qarşılanmışdı. Unutmaq olmaz ki. Suriya müxalifətinin tərkibində də “Əl Nüsrə Cəbhəsi”, “İraq və Levantada İslam dövləti” kimi “Əl Qaidə” terror təşkilatına yaxınlığ ilə seçilən iri hərbi birləşmələr vuruşur.

Azərbaycan vətəndaşlarının da tərkibində vuruşduğu bu radikal təşkilatlar internetdə yayılan və əsirlərin öldürlüməsi ilə müşahidə olunan bir çox aksiyaların əsas icraçıları olublar.

Ağ Ev və Avropa Birliyi belə təşkilatlarla birbaşa danışıqlara getdiyi halda reputasiyasına zərbə vuracağın anladığı üçün “Azad Suriya Ordusu” vasitəsilə radikalları sıxışdırmağa çalışır.

Müxaliflər arasında son zamanlar baş verən daxili toqquşmalar da sırf buna hesablanıb.

Tərəflərdən kimin qalib gəlməsindən asılı olmayaraq onu qeyd etmək lazımdır ki, nəticəsindən asılı olmayaraq iqtisadiyyatı tam iflic vəziyyətinə düşən Suriyanın yaralarını sağaltması illərlə vaxt aparacaq.

 

Vüqar İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir