Modern.az

Qırğızıstandakı iğtişaşlar 1 milyon insana ziyan vurub

Qırğızıstandakı iğtişaşlar 1 milyon insana ziyan vurub

Təhsil

18 İyun 2010, 17:09

Qırğızıstandakı iğtişaşlar bir milyondan artıq insana ziyan vurub. Modern.az xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının bugünkü açıqlamasında bildirilir. Təşkilatın təcili yardımların göstərilməsi Departamentinin koordinatoru Cüzeppe Annuziata qeyd edib ki, Qırğızıstanın cənubunda etnik münaqişəyə cəlb olunmuş insanların sayı 1 milyona çatır. Onun sözlərinə görə, 300 min insan qonşu Özbəkistana qaçıb. Respublikanın özündə isə 700 min vətəndaş daxili iğtişaşlardan ziyan çəkib. Koordinator qeyd edib ki, hazırda BMT tərəfindən Qırğızıstana göstəriləcək yardımın həcmi müəyyən olunur. BMT –nin məlumatına görə, hazırda rəsmi qaydada 75 min insan qaçqın hesab olunur. Bu yalnız ölkənin yaşlı əhalisidir. Buraya  uşaqlar daxil deyil. Respublika daxilində öz yaşayış yerini dəyişmiş vətəndaşların sayı isə 300 mindir. 

Birləşmiş Ştatların Orta Asiya üzrə nümayəndəsi Qırğızıstanda baş verən zorakılıqlarla bağlı müstəqil istintaq aparmağa çağırıb. Dövlət katibinin köməkçisi Robert Bleyk bu gün Özbəkistanın sərhəd bölgəsində yerləşən Əndican regionuna gedib. Hazırda Əndicanda Qırğızıstandan gəlmiş 100 mindək qaçqın yerləşdirilib. Qırğızıstandakı müvəqqəti hökumətin lideri Roza Otunbayeva iyunun 10-dan başlayan toqquşmalardan bu yana ilk dəfə olaraq bu gün ölkənin cənubundakı Oş şəhərinə gedib. O iğtişaşlar zamanı şəhərdə dağıdılmış bütün tikililərin bərpa olunacağını vəd edib. Roza Otunbayeva Rusiyanın Kommersant qəzetinə müsahibəsində bildirib ki, ölkənin cənubunda baş verən toqquşmalarda ölənlərin sayı rəsmi rəqəmdən 10 dəfə çox ola bilər. Rəsmi məlumatlarda ölənlərin 192 nəfər ölduğu göstərilir. İyunun 10-dan Qırğızıstanın cənubunda yerli qırğızlarla özbəklər arasında baş verən toqquşmalar zamanı 400 minədək özbək ev-eşiyini tərk etməli olub.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə