Modern.az

Xamenei son anda devrilməkdən qurtulubmuş - DETALLAR

Xamenei son anda devrilməkdən qurtulubmuş - DETALLAR

Dünya

23 Fevral 2026, 14:41

İranda 2026-cı ilin yanvar ayında baş verən etirazlar fonunda ali lider Seyid Əli Xameneinin hakimiyyətdən  uzaqlaşdırılmasına cəhd edilib.

Modern.az "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, təşəbbüs 8 yanvar gecəsi olub. Böhranlı şəraitdə idarəetmənin daha geniş məmur dairəsinə verilməsini təklifini keçmiş prezident Həsən Ruhani irəli sürüb. Lakin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin dəstəyinin olmaması səbəbindən plan baş tutmayıb.

Hazırkı prezident Məsud Pezeşkianın müzakirələrdən xəbərsiz olduğu iddia edilir.

Xatırladaq ki, 2025-ci il dekbarın 28-dən İranda başlayan etirazlar zamanı rəsmi məlumatalara görə, 3 mindən artıq insan həlak olub. Qeyri-rəsmi mənbələr isə hadisələrdə 25 minə qədər insanın qətlə yetirildiyini iddia edir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı