Modern.az

Prezident Bakının mərkəzində yaşayış binalarının inşasını dayandırmağı tapşırıb

Prezident Bakının mərkəzində yaşayış binalarının inşasını dayandırmağı tapşırıb

15 May 2014, 22:16



Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə "Böyük Bakının Regional İnkişaf Planı" (BBRİP) layihəsinin təqdimatı və ictimai müzakirəsi keçirilib.

Modern.az-ın məlumatına görə, aidiyyəti dövlət qurumlarının iştirakı ilə keçirilən müzakirələrdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib ki, respublikanın tarixində ilk dəfə olaraq belə bir layihə hazırlanır.

O, deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakının inkişafı, abadlaşdırılması, tarixi abidələrimizin bərpası ilə bağlı çox ciddi işlər aparılır. Prezident İlham Əliyevin tövsiyəsi ilə şəhərin mərkəzi hissəsində yaşayış yerlərinin tikintisini məhdudlaşdırmaq, abadlaşdırma işlərini, xüsusilə də yaşıllaşdırmanı artırmaq və şəhərin zəruri infrastrukturunu inkişaf etdirmək nəzərdə tutulub.

A.Ələsgərov əlavə edib ki, layihədə bütün bunlar nəzərə alınıb və Bakı şəhərinin və rayonlarının İcra hakimiyyətləri şəhərin tikinti işlərinin davam etdirilməsi zamanı şəhərsalma reqlamentinə əməl etməlidirlər.

Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin koordinatoru olan Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib ki, üç prinsipial inkişaf istiqamətləri müəyyən edilib.

Bunlaran birinci alternativ Məxsusi Bakı ərazisinin regenerasiyası, yarımadanın şimal (Sumqayıt) və cənub (Ələt) istiqamətində inkişaf etdirilməsi və yarımadanın şərq hissəsində inkişafın məhdudlaşdırılması ilə bu hissənin ətraf mühit nöqteyi nəzərdən qorunması, ikinci alternativ Sumqayıt-Bakı-Mərdəkan yaşayış zolağı boyu inkişaf və Ələtin avtonom inkişaf mərkəzinə çevrilməsi yolu ilə tarazlı inkişafı və üçüncü alternativ isə Abşeron yarımadasının cənub sahili boyu fasiləsiz xətti inkişafı və Abşeron yarımadasının şimal-şərq sahilinin rekreasiya və turizm baxımından inkişaf etdirilməsidir.

İ.İsbatov Bakı-Mərkəz, Ətraf, Şimal sahili, Şərq sahili və Cənub sahili olmaqla beş rayonun təklif olunduğunu vurğulayıb və əlavə edib ki, 2030-cu il üzrə hədəflər diversifikasiya olunmuş iqtisadiyyat, peşəkar işçi qüvvəsi, müasir və yüksək həyat səviyyəsi olmaqla tarazlı inkişafın əldə edilməsi, Böyük Bakının metropolisə namizəd olması baxımından planlaşdırılmasıdır.
Layihəyə əsasən, şəhər kənarında təhsil müəssisələri üçün ərazilər nəzərdə tutulub.
Təhsil sisteminə cavabdeh qurumlar tərəfindən hazırlanan konsepsiyaya uyğun olaraq ali təhsil müəssisələri həmin ərazilərdə yerləşdirilə bilər.

Layihə iştirakçılar tərəfindən bəyənilibvə təsdiq edilmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunması tövsiyə edilib.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür