İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “AVTO” müəssisəsində aparılan yoxlama zamanı müəssisə tərəfindən istehsal edilən “Eskimo” və “Plombir” dondurmalarının üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, istehsal olunan dondurmaların uyğunluq sertifikatının olmadığı aşkar edilib.
Modern.az nazirliyə istinadla xəbər verir ki, bununla əlaqədar, müəssisənin anbarında olan 265 kq hazır məhsulun satışı dayandırılmış və bu məhsulların ticarət şəbəkəsindən yığılması barədə müəssisəyə göstəriş verilib.