Modern.az

İranlı nazir: ABŞ-yə unudulmaz dərs verəcəyik

İranlı nazir: ABŞ-yə unudulmaz dərs verəcəyik

Dünya

24 Fevral 2026, 15:15

"İran müharibə başlasa, ABŞ-a "unudulmaz bir dərs" verəcək".

Modern.az xəbər verir ki, bu barədə İran müdafiə naziri Əziz Nəsirzadə erməni həmkarı Suren Papikyanla görüşdə deyib.

"İran müharibə axtarmır, amma ABŞ hücum edərsə, İslam Respublikası "düşmənlərinə heç vaxt unutmayacaqları bir dərs verəcək", - deyə İran müdafiə nazirinin sözləri hökumətin rəsmi saytında sitat gətirilir.

İran hökumətinin sözçüsü Fatimə Mühacirani öz növbəsində bildirib ki, Tehran müharibədənsə diplomatiyaya üstünlük verir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı