Modern.az

Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçiliyə hazırdır - AÇIQLAMA

Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçiliyə hazırdır - AÇIQLAMA

Ölkə

24 Fevral 2026, 16:52

Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi rol oynamağa hazırdır. 

Modern.az xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin xarici əlaqələr komitələrinin onuncü üçtərəfli iclasında  Gürcüstan Parlamentinin xarici əlaqələr komitəsinin sədri  Nikoloz Şamxaradze bildirib. 

O qeyd edib ki, Gürcüstan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını və sülhə doğru irəliləyişini dəstəkləyir.

“Bu, regionun ümumi mənzərəsini yaxşılaşdırır və Cənubi Qafqazda sülhün bərqərar olması üçün böyük addımdır. Ehtiyac yaranarsa, Gürcüstan vasitəçi rolunu oynamağa hazırdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakı Putindən bunu tələb edir! - Nazirdən kritik açıqlama