Modern.az

Müdafiə Nazirliyi "Bizim yol"u məhkəməyə verib

Müdafiə Nazirliyi "Bizim yol"u məhkəməyə verib

19 İyun 2010, 11:08

Müdafiə Nazirliyi "Bizim Yol" qəzetinin 18 iyun tarixli sayında dərc olunmuş "Hərbçilər arasındakı atışmada 7 nəfər ölüb" başlıqlı yazıya görə məhkəməyə müraciət edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, heç bir əsası olmayan, iftira dolu həmin yazıda bildirilir ki, guya Füzuli rayonu istiqamətində yerləşən hərbi hissədə "növbəti türkürpədici qətliam baş verib və 7 hərbi qulluqçu qətlə yetirilib".

"Bununla da cəbhə xəttində gecə-gündüz keşik çəkən əsgər və zabit heyətinin şərəfinə zərbə vurmağa, Azərbaycan Ordusuna böhtan atmağa cəhd edilib", deyə nazirliyin məlumatında bildirilir.

Müdafiə Nazirliyi məhkəmədə qəzetdən dərc etdiyi məlumatın sübutunu tələb edəcək. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi