Modern.az

Qazaxıstanda da qırıcı təyyarə qəzaya uğradı

Qazaxıstanda da qırıcı təyyarə qəzaya uğradı

Aktual

25 Fevral 2026, 13:10

Qazaxıstanda təlim uçuşu zamanı Su-30SM qırıcı təyyarəsi qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb. 

Hadisə Karaqanda bölgəsində baş verib. Rəsmi məlumatlara görə, təyyarə heyəti vaxtında katapultasiya edib.

"Pilotlar sağdır və həyatları və sağlamlıqları üçün heç bir təhlükə yoxdur. Onlar tibbi nəzarət altındadır. Qəza yeri mühasirəyə alınıb. İctimaiyyət və ya infrastruktura heç bir təhlükə yoxdur", - nazirliyin açıqlamasında qeyd olunub. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı