Modern.az

"Gələn həftə elan edəcəyimiz müsabiqədə Qarabağ mövzusu aparıcı mövzu olacaq"

"Gələn həftə elan edəcəyimiz müsabiqədə Qarabağ mövzusu aparıcı mövzu olacaq"

19 İyun 2010, 18:04

Modern.az-

ın suallarını Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev cavablandırır

-Azay müəllim, xarici QHT-ləri, əcnəbi alimləri Qarabağ məsələsinin xaricdəki təbliğatına cəlb etmək üçün onlara qrant ayrıla bilərmi? 

- Biz artıq buna başlamışıq. Amma bir məsələ var ki, qrant alan təşkilatın Azərbaycanda qeydiyyatı olmalıdır Yəni Azərbaycanın yerli Qeyri-Hökumət Təşkilatı bizə müraciət edə bilər və o qrant ala bilər. Həmin qrantı xarici patnyoru vaitəsilə Avropanın istənilən ölkəsində Qarabağla bağlı istənilən təbliğata xərcləyə bilər. Burada heç bir qanunsuzluq yoxdur.

- Bəs tutaq ki, İngiltərənin hər hansı bir universitetinin alimi öz ölkəsində Azərbaycan dilində qəzet açmaq istəyir. Və buna görə, QHT-lərə Dövlət Dəstəyi Şurasına müraciət edir...  

- Mən başa düşürəm, o niyyət varsa, onun texniki həlli yolu belədir. Burada biz ona patnyor tapırıq, həmin patnyor vasitəsilə amerikan, ingilis alimi, professoru bu işi həyata keçirə bilər. O bizdən birbaşa qrant ala bilməz.

Əgər konkret belə müraciət olarsa, biz onu araşdırıb mütləq şəkildə dəstək verərik. Siz bilirsiz ki, Şuranın Qarabağ probleminə bir nömrəli prioritet məsələ kimi yanaşır. Bu cənab Prezidentin bizə bilavasitə verdiyi tapşırıqdı, konsepsiyanın tələbidi. Hesab edirəm ki, hər bir ictimai qurumun gündəliyinin birinci mövzusu Qarabağla bağlı məsələ olmalıdır. Cənab Prezidentinin də fəaliyyətinin bir nömrəli sahəsi Qarabağ məsələsidir. Ona görə də heç kimin şübhəsi olmasın ki, Şura da həmin prinsipi indiyə qədər olduğu kimi, bundan sonra da davam etdirəcək.

- Yəni dünyanın ağıllı başlarını bu işə cəlb edə bilərk...

- İndi cəlbetmə mexanizmi fikirləşək tapaq, bizim imkanlarımız və gücümüz daxilindədirsə, biz bunu edək. Siz deyən məsələnin həlli yolunu biz tapmışıq. Türkiyə universitetlərində Azərbaycanın təqdimatı olacaq. Bunun üçün Türkiyədə fəaliyyət göstərən QHT bizə müraciət etmişdi. Sadəcə olaraq həmin təşkilata biz birbaşa qrant verə bilmədik. Azərbaycandan bir QHT bu məsələ ilə maraqlandı və həmin təşkilata dəstək verdi. Həmin təşkilat birbaşa əməkdaşlıq səviyyəsində Türkiyədə olan həmkarı ilə birgə Azərbaycanın təqdimatını Türkiyənin bir çox aparıcı universitetlərində, xüsusilə, Ankara, İstambul universitetlərində həyata keçirəcək. Mən çox istərdim ki, bu  Avropanın digər şəhərlərində də olsun. Əgər belə bir patnyor olarsa, belə arzuda olan qurum varsa, biz onu dəstəkləyəcəyik. Buna heç kimin şübhəsi olmasın. Yetər ki, biz əmin olaq ki, o doğurdan da gücə malikdir və onun verdiyi təklifin konkret icra mexanizmi var. Yeri gəlmişkən, biz gələn həftə yeni bir qrant müsabiqəsi elan edəcəyik. Burada Qarabağ mövzusu aparıcı mövzulardan birincisi olacaq. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir