Modern.az

Bakı-Ağdam qatarına əlavə reyslər təyin edildi

Bakı-Ağdam qatarına əlavə reyslər təyin edildi

Ölkə

27 Fevral 2026, 09:18

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Novruz bayramı münasibətilə Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən Modern.az-a verilən məlumata görə, 21, 23, 25 və 28 mart tarixlərində bu marşrut üzrə hər iki istiqamətə səfər etmək mümkün olacaq.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı