Modern.az

Bakıda 2000 at gücündə maşınları KİMLƏR ALIR?

Bakıda 2000 at gücündə maşınları KİMLƏR ALIR?

19 May 2014, 13:20


Azərbaycanda "offroad" tipli idman avtomobillərinə maraq sürətlə artmaqdadır. Modern.az xəbər verir ki, bu barədə fins.az-a belə avtomobillərin satışı ilə məşğul olan “ARB”  şirkətinin Azərbaycan nümayəndəliyinin  rəhbəri Nicat Novruzov bildirib.

2000 at gücündə maşınlar alırlar

Bu dəyişiklik avtomobillərin komplektasiyasına da təsir edib. Belə ki, indi alıcılar daha güclü və aqressiv avtomobillərə üstünlük verirlər: "Əvvəllər alıcılar avtomobilləri zavod modifikasiyası ilə istifadə edirdilərsə, indi ekstrim və  sürət  həvəskarları 500, 1000, hətta 2000 at gücü olan mühərriklər alırlar".

Qiymətlər 50 min olsa da, satışlar 20% artıb

Onun sözlərinə görə, idman  avtomobillərinə marağın artması nəticəsində təkcə bu ilin əvəlindən belə maşınların satışları 20 faiz artıb, ilin  sonuna qədər bu rəqəmin daha da yüksələcəyi gözlənilir. Nicat Novruzov bildirib ki, belə avtomobillərin qiymətləri markasından və gücündən asılı olaraq dəyişir. Amma maksimum məbləğ 50 min manat ətrafındadır.

Hər 10 belə maşından birinin alıcısı qadındır

“Offroad” avtomobillərini və onun hissələrini  daha çox Bakıda yaşayan insanlar alır. Ancaq  regionlardan da alıcılar var: "Bakıdakı alıcıların əksəriyyəti ekstrim həvəskarlarıdır. Rayonlardan olan müştərilər isə belə maşınları fermalarda istifadə etmək üçün alırlar. Alıcılar varlı insanlar olduğuna görə, satışlar nəğd aparılır". 
Yeri gəlmişkən, idman  üslublu maşınlara  qadınların da marağı artıb. Hər 10 belə maşından birinin alıcısı qadındır: "Ancaq qadınlar belə maşınları ekstrim üçün almırlır - belələri 1-2 nəfər ola bilər. Əksəriyyət bunu nəzərə çarpan olduğuna görə əsasən şəhərdə  sürmək üçün alırlar".

Sığorta şirkətlərinin indiki təklifləri sərfəli deyil

İdman avtomobillərinin əsas problemi sığorta ilə bağlıdır. Sığorta şirkətlərindən narazılığını gizlətməyən “ARB”in nümayəndəsi şirkətlərin idman avtomobilləri sahəsinə ədalətsiz yanaşdığını bildirir: "Sığorta şirkətləri iilə işləmirik, çünki onların şərtləri sərfəli uyğun deyil".

Nicat Novruzovun sözlərinə görə, sığorta şirkətlərinin idman avtomobillərinin sığortalanması ilə bağlı tarifləri həddən artıq yüksəkdir: "Məsələn, 20 min  manatlıq avtomobil üçün  sığorta  haqqı 5 min manatdan yüksəkdir.  Bu da heç kimə sərfəli deyil".

"4 ildir ki, pilotam cəmi 1 dəfə qəza törətmişəm"

N.Novruzovun sözlərinə görə, sığorta şirkətləri sığorta haqqının yüksək olmasını risklərin  çox olması ilə əlaqələndirirlər, halbuki bəzi məsələləri nəzərə almırlar: "Amma mən şəxsən özüm  4 ildir ki, pilotam cəmi 1 dəfə qəza törətmişəm. Digər tərəfdən adi nəqliyyat vasitələrindən fərqli olaraq bizdə  cızıq  və digər kiçik zərərlər vacib hesab olunmur. Çünki biz ekstrimlə məşğul oluruq. Bizdə əsasən  aşma  riski  çox olur.  Avtomobilləri  də bu riskdən sığorta etdirmək istəyərdik".

Nümayəndənin sözlərinə görə, sığorta şirkətləri  idman maşınları üçün sığorta haqqını hesablayarkən adi nəqliyyat vasitəsi kimi deyil, fərqli sığorta paketi təqdim etməlidirlər: "
Sığorta  haqqının 500 manatdan yüksək olması  bizim üçün sərfəli deyil".

N.Novruzovun sözlərinə görə, ölkədə idman avtomobilləri sahəsi inkişaf etdikcə, sığortaya maraq da artacaq: "Artıq  bu sahə inkişaf edir. Ölkəmizdə  idman  yarışları keçirilir. “City Challenge”, “Formula 1” yarışları keçiriləcək. Ona görə də, istəyirik ki, sığorta şirkətləri bunun üzərində düşüüb, idman avtomobillərinin sığortalanması ilə bağlı uyğun təkliflər versinlər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır