Modern.az

Narkotikin təsiri altında maşın sürən şəxs həbs edildi

Narkotikin təsiri altında maşın sürən şəxs həbs edildi

Aktual

27 Fevral 2026, 10:16

Narkotik vasitənin təsiri altında avtomobili idarə edən şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, Biləsuvar rayonu ərazisində "VAZ 21214" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Ə.Ağazadənin narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib. Nəticədə həmin şəxsin psixotrop maddə metamfetamin istifadə etdiyi müəyyənləşib.
Məhkəmənin qərarı ilə Ə.Ağazadə 15 gün müddətinə inzibati həbs olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı