Dövlət Seçki Komissiyasının məlumatına görə, seçki məntəqələrinin 71 faizinin nəticələri artıq bəllidir. Bu nəticələrə görə, parlament sədri, hazırda prezident vəzifəsini icra edən Bronislav Komorovski səslərin 40 faizini, mərhum prezident Lex Kaçinskinin əkiz qardaşı, sabiq baş nazir Yaroslav Kaçinski isə 37 faizini qazanıb.
Bu iki şəxs iyulda keçiriləcək ikinci turda üz-üzə gələcək