Modern.az

Suriyada 3 il ərzində ölənlərin sayı -162 min NƏFƏR

Suriyada 3 il ərzində ölənlərin sayı -162 min NƏFƏR

20 May 2014, 10:06


Suriyada 2011-ci ildən bu yana davam edən vətəndaş müharibəsində ölənlərin sayı 162 mini keçib.   

Modern.az xəbər verir ki, bu barədə Londonda fəaliyyət göstərən “Syrian Observatory for Human Rights” hüquq müdafiə təşkilatı məlumat yayıb. Məlumata görə həlak olanların 80 min 836-sı mülki şəxs, 8 min 607 uşaq və 5 min 586-sə qadındır.   Vətəndaş müharibəsində Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən üsyançılardan isə 26 min 858 nəfərdir.

B. Əsəd tərəfində döyüşənlərdən isə itkilərin sayı 10 mindən çoxdur.  

Bununla yanaşı, təşkilat qeyd edir ki, hazırladığı hesabata itkin düşənləri, oğurlanmış şəxsləri  siyahıya daxil etməyib.  

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir