Modern.az

Ordu rəhbərliyi Naxçıvanda toplantı keçirib - FOTO

Ordu rəhbərliyi Naxçıvanda toplantı keçirib - FOTO

20 May 2014, 10:23

Mayın 19-da Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun komandan heyətinə təyinatlar və hərbi hissələrə döyüş bayraqlarının verilməsi münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edib.
Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin daha da artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 5-ci ordu korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradıb.
Ali Məclisin sədri Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Əlahiddə Ümumqoşun Ordusunun komandan heyətinə aparılan təyinatlar və hərbi hissələrə döyüş bayraqlarının verilməsi münasibətilə tədbir iştirakçılarını, bütün şəxsi heyəti təbrik edib.

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordusunun komandan heyətinə aparılan təyinatlarla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarını oxuyub, yeni vəzifəyə təyin olunanlara xidmətdə uğurlar arzulayıb.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev deyib ki, yeni yaradılan Əlahiddə Ümumqoşun Ordusu muxtar respublikanın təhlükəsiz və etibarlı müdafiəsinin təşkil olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonra Naxçıvan şəhərindəki “N” saylı hərbi hissədə Əlahiddə Ümumqoşun Ordusuna və bu ordunun yeni yaradılan hərbi hissələrinə döyüş bayraqları təqdim olunub.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev təqdimat mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənova raport verib.
Ali Məclisin Sədri əsgərləri salamlayıb.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Əlahiddə Ümumqoşun Ordusuna və onun yeni yaradılan hərbi hissələrinə döyüş bayraqlarının verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin təqdimatı oxunub.
Ali Məclisin sədri Əlahiddə Ümumqoşun Ordusuna, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə hərbi hissələrə döyüş bayraqlarını təqdim ediblər.
Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.







Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir