Modern.az

Putin də Çinə səfərə getdi

Putin də Çinə səfərə getdi

20 May 2014, 10:40

Rusiya prezidenti Vladimir Putin bu gün Çin Xalq Respublikasının sədri ilə danışıqlar aparmaq üçün Şanxaya rəsmi səfərə gedib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, görüşün nəticəsi olaraq iki lider iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsi haqda bəyanat qəbul edəcək. Rusiya prezidentinin səfəri zamanı rekord sayda - 40-dan çox sənəd imzalanacaq. Bunların arasında Rusiya qazının Çinə nəqli ilə bağlı müqavilə də var.

Bu gün axşam Rusiya prezidentinin Monqolustan və Əfqanıstan liderləri, eləcə də BMT-nin baş katibi ilə ikitərəfli görüşləri də olacaq. Rusiya prezidenti mayın 21-də isə Asiyada etimad tədbirləri və qarşılıqlı fəaliyyətlə bağlı sammitdə iştirak edəcək.  

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev də ötən gecə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısında iştirak etmək üçün mayın 19-da Çin Xalq Respublikasına işgüzar səfərə gedib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir