Modern.az

Vəkil: “Rauf Mirqədirov ifadə verməməkdə davam edəcək”

Vəkil: “Rauf Mirqədirov ifadə verməməkdə davam edəcək”

20 May 2014, 11:20


“Rauf Mirqədirovun vəziyyəti yaxşıdır. Səhhəti də normaldır. Bu baxımdan heç bir şikayəti yoxdur”. Bunu Modern.az-a açıqlamasında hazırda həbsdə olan jurnalist Rauf Mirqədirovun vəkili Fuad Ağayev deyib.

“Rauf Mirqədirov hələ də ifadə verməyib. Düşünürəm ki, bu belə də davam edəcək”.

Ümumilikdə, prosesin gedişindən narazı olduğunu vurğulayan vəkil, gedişatda baş verəcəklərin də müvəkkilinin xeyrinə olmadığını dilə gətirib: “Hələ ki, bizim xeyrimizə bir dəyişiklik yoxdur”.

Sonda Fuad Ağayev bildirib ki, Rauf Mirqədirovun hər hansı cinayət törətdiyini təsdiq edən heç nə yoxdur: “Ola da bilməz. Bu həqiqət birmənalı şəkildə dəyişə bilməz”.

Qeyd edək ki, 2010-cu ilin avqustundan Türkiyədə yaşayan “Ayna”,“Zerkalo” qəzetlərin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olub və daha sonra Bakıda həbs edilib. O, “dövlətə xəyanət”də ittiham olunur. Jurnalist ittihamları rədd edir. Eyni zamanda Rauf  Mirqədirov, istintaq orqanı ona qarşı irəli sürdüyü ittihamı təsdiq edəcək hər hansı bir sübut təqdim etməsə ifadə verməyəcəyini bəyan edib.
 

Gülşən RAUFQIZI 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi