Modern.az

Kənd Təsərrüfatı Nazirliyi: “Havalar quraq keçsə də, məhsul qıtlığı gözlənilmir”

Kənd Təsərrüfatı Nazirliyi: “Havalar quraq keçsə də, məhsul qıtlığı gözlənilmir”

20 May 2014, 11:27



Havaların kəskin isti və quraq keçməsi məhsul qıtlığına səbəb ola bilər. Fermerlərin dediyinə görə, havaların birdən-birə istiləşməsi və torpaqda yetərincə nəmliyin olmaması səbəbindən səpilmiş toxum cücərməsi ləngiyir. Bu da nəticə etibarı ilə məhsuldarlığa mənfi təsir göstərir. Belə hallar rayonun əsasən dəmyə ərazilərində əkilmiş taxıl sahələrində müşahidə olunur. 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyir ki, havaların quraq keçməsinə baxmayaraq, məhsul qıtlığı gözlənilmir. O, Modern.az-a bildirib ki, mövsümi bitkilərin əkilməsi hələ yeni başlanıldığından onlar üçün heç bir təhlükə yoxdur.

“Havaların isti keçməsi müəyyən qədər bitkilərdə vegetasiya prosesinə müəyyən qədər təsir göstərir. Ümumi götürəndə Azərbaycan özünü meyvə, tərəvəz məhsulları ilə tam təmin edir. Hətta tələbatdan artıq istehsal olunduğundan ixrac da edilir. Bu da onu da deməyə əsasa verir ki, elə bir təhlükə gözlənilmir və ərzaq qıtlığından söhbət gedə bilməz”.    

Nazirlik sözçüsü bəzi məhsulların istehsalının artdığını da vurğuladı. Onun sözlərinə görə, qarğıdalı, günəbaxan, çəltik, kartof bitkilərinin əkini artıb. “Düzdür, kənd təsərrüfatı riskli bir sahədir, havadan, iqlimdən çox asılıdır. Hava şəraitindən isə heç nə sığortalanmayıb. Proqnoza görə yağıntılar gözlənilir. Dəmyə bölgəsində taxılçılıqda  müəyyən qədər məhsuldarlığa təsir göstərir”.

M. Hacıyev onu da bildirdi ki, kənd təsərrüfatı nazirinin müvafiq əmri ilə bölgələrdə tələbata uyğun məhsulların yığılması ilə bağlı taxılyığan kombaynların və digər kənd təsərrüfatı texnikaları köməklik göstərilməsi məqsədilə rayonlarda işçi qruplar yaradılıb. İşçi qruplarına müvafiq tapşırıqlar verilib ki, yerlərdə fermerlərə taxıl biçinində köməklik etsinlər. Bundan başqa Almaniya və Belçika istehsalı olan kombaynlar gətirilib. Bu il texnika ilə bağlı heç bir problem olmayacaq.

Nazirlik sözçüsünün dediyinə görə, respublikaya gətirilən yeni taxıl yığan kombaynların rayonların tələbatını  nəzərə almaqla “Avrolizinq” Açıq Səhmdar Cəmiyyətinin “Aqroservis” filialına vaxtında çatdırılması, eyni zamanda fiziki və hüquqi şəxslərə lizinqə verilməsinə köməklik göstərilməsi məqsədilə operativ işçi qrupları cəlb olunub.   

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi