Modern.az

Azərbaycanda tanınmış akademik vəfat edib

Azərbaycanda tanınmış akademik vəfat edib

20 May 2014, 11:56



Modern .az
Akademiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Nüvə fizikası sahəsində görkəmli alim, “Şöhrət” ordenli, əməkdar elm xadimi, AMEA prezidentinin müşaviri, akademik Nəriman Quliyev ömrünün 88-ci ilində  vəfat edib.

Qeyd edək ki, Nəriman Ağaqulu oğlu Quliyev 1926-cı ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetində təhsil alıb, hələ gənc yaşlarından universitetdə elmi fəaliyyətə qoşularaq, bütün həyatını elmi yaradıcılığa həsr edib. N. Quliyev və onun tələbələri nüvə və elementar hissəciklər fizikası sahəsində mühüm elmi nəticələr əldə edib və respublikamızda bu sahədə geniş tədqiqatlar aparıb.  

Elmin Nuri
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır