Modern.az

Medvedev: “Ukraynanın ərazi bütövlüyünü qoruyacağımıza təminat vermirik”

Medvedev: “Ukraynanın ərazi bütövlüyünü qoruyacağımıza təminat vermirik”

20 May 2014, 12:04


Rusiya baş naziri Dmitri Medvedev Amerikanın “Bloomberg” telekanalına müsahibəsində Ukrayna ilə bağlı sərt açıqlamalar verib. Modern.az xəbər verir ki, Dmitri Medvedev ölkəsinin Ukraynanın ərazi bütövlüyünün qoruyacağı ilə bağlı üzərinə məsuliyyət götürmədiyini və buna görə də qonşusunun ərazi bütövlüyü ilə bağlı təminat verə bilməyəcəyini bildirib.

“Bizim əsas məqsədimiz Ukrayna ərazisində vəziyyətin sakitləşməsidir. Kiməsə nəyisə söz vermək yox, məhz situasiyanı sakitləşdirməkdir”-deyə Medvedev Luqansk və Donetsk vilayələtlərinin Rusiyanın tərkibinə keçə bilməsi ehtimalı ilə bağlı jurnalistin sualına cavab verərkən bildirib.

Bundan başqa, Medvedev Qərb dövlətlərinin də Ukrayna ilə bağlı bəzi təminatları öz üzərinə görütməsini vacib bilib. İlk növbədə rusiyalı baş nazir Avropa və Amerikanın Ukraynanın daxili işlərinə qarşımamasını və gələcəkdə NATO-ya üzv qəbul etməyəcəyinə dair təminatların olmasını vacib bilib.

Xatırladaq ki, mayın 11-də Luqansk və Donetsk vilayələtində özmüqəddəratını təyinetmə ilə bağlı səsvermə keçirilmişdi. Referendumun nəticlərinə görə özünü müstəqil elan edən “Donetsk Xalq Respublikası” Rusiyanın tərkibinə daxil olmaq barədə müraciət etmişdi.

Vüqar İsmaıylov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!