Modern.az

Müxalifət lideri prezidentlə görüşəcək

Müxalifət lideri prezidentlə görüşəcək

20 May 2014, 12:10



Türkiyənin Milliyyətçi Hərəkət Partiyasının (MHP) başqanı Dövlət Baxçalı mayın 21-də Çankaya köşkündə prezident Abdullah Güllə görüşəcək. Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu haqda Baxçalının köməkçisi Semih Yalçın məlumat verib.

  Onun sözlərinə görə, ölkə daxilində sabitlik, birlik, xaricdə isə dövlətə etibarlılıq indi ən vacib məsələlərdən biridir. Semih Yalçın bu sürpriz ziyarətin həm də avqust ayında keçiriləcək prezident seçkiləri ilə bağlı olduğunu qeyd edib. Xatırladaq ki, Milliyyətçi Hərəkat və Cümhuriyyət Xalq partiyaları prezident seçkilərində vahid namizədlə iştirak etməklə bağlı məsləhətləşmələr aparırlar. Bu partiya rəsmilərinin fikrincə, indiki baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürməsini Türkiyədə heç də hamı qəbul etmir. Bu səbəbdən iki müxalifət partiyası ortaq məxrəcə gəlib vahid namizəd irəli sürməyi düşünür. MHP lideri Abdullah Güllə görüşündə də əsasən bu məsələyə xüsusi önəm verəcəyi gözlənilir.                                         
Qeyd edək ki, MHP lideri bundan əvvəl Türkiyənin 9-cu və 10-cu prezidentləri Süleyman Dəmirəl və Əhməd Necdət Sezərlə də görüşüb.    

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır