Modern.az

Ən bahalı boşanma – rus milyarder keçmiş arvadına 4.5 milyard dollar ödəyəcək

Ən bahalı boşanma – rus milyarder keçmiş arvadına 4.5 milyard dollar ödəyəcək

20 May 2014, 12:28


Cenevrə məhkəməsi, milyarder Dmitri Rybolovlevin həyat yoldaşı Yelena Rybolovlevanın boşanma iddiası ilə başlanan məhkəmə prosesi yekunlaşıb. Məhkəmə, Fransız Monaco Futbol Klubunun da sahibi, rus milyarderinin əmlakının təxminən yarısı olan 4,5 milyard dolları həyat yoldaşına ödəməsi haqqında qərar çıxardıb.

D. Rybolovlevanın vəkili Marc Bonnat, məhkəmə nəticəsini “Tarixdəki ən bahalı boşanma” olaraq qiymətləndirib.  

Qeyd edək ki, D. Rybolovlev, Forbes jurnalının 2014 ili ən varlı işadamları siyahısında 8,8 milyard dollarlıq sərvəti ilə 147-ci sırada idi.  

Ayşən Mönsümlü  

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir