Modern.az

MTRŞ: “İxtisaslaşmış telekanalın yaradılması gündəmdə deyil”

MTRŞ: “İxtisaslaşmış telekanalın yaradılması gündəmdə deyil”

20 May 2014, 12:47

“Hal-hazırda belə bir məsələ yoxdur. Bilirsiz ki, Azərbaycanda iki ixtisaslaşmış kanal var: Mədəniyyət və  İdman kanalları. Azərbaycan dövləti bu sahəyə xüsusi diqqət yetirir. Ona görə də bu kanallar var. Amma əlavə təhsil və uşaq kanallarının açılması gündəmdə deyil. Bu gün ixtisaslaşmış kanalların yaradılması bizim kimi kiçik, əhatə sayı az olan ölkələr üçün yox, çox böyük dövlətlər üçün xarakterikdir”.

Bunu Modern.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.  Qeyd edək ki, Azərbaycanda biri təhsil məsələləri, digəri isə uşaq dünyası və yaradıcılığı ilə bağlı olan iki yeni telekanalın yaradılması ilə bağlı informasiya yayılıb.  

Misranə Həsənzadə      
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi